https://www.genocideconference.org/turkce
DÜNYA SOYQIRIM ARAŞDIRMALARI KONFRANSI-2
26-27 İYUN 2021
Ankara
MƏQALƏ ÇAĞIRIŞI
Hörmətli akademiklər, tədqiqatçılar, elm adamları, QHT nümayəndələri, Sizləri Azərbaycanda keçiriləcək Dünya Soyqırımı Araşdırmaları Konfransına dəvət edirik.
İnsanlığın yarandığı gündən bəri Amerika, Avropa, Avrasiya - Azərbaycan, Qərbi Azərbaycan, Avstraliya, Yaxın Şərq və Afrikada çox sayda kütləvi vəhşiliklərin, soyqırımların şahidi olunmuşdur. Bu konfransı təşkil etməklə vəhşilik və kütləvi qətliamların qarşısını almaq üçün həssas yanaşma və insanpərvərliyi inkişaf etdirməyi hədəfləyirik. Xüsusilə belə faciələr yaşamamış nəsillər arasında maarifləndirmə aparmaq, tarixi araşdırmaq və təbliğ etməkdir. Konfransda soyqırım və kütləvi qətliamlar haqqında tarixi və müasir araşdırmaların nəticələrini məruzələrlə təqdim etmək və dünyaya səs salmaq qarşıya məqsəd qoyulmuşdur. Bu səbəbdən tədqiqatçıları, elm adamlarını, tarixçiləri və QHT üzvlərini bu mənalı tədbirdə iştirak etməyə dəvət edirik.
Afrika, Amerika, Avrasiya - Azərbaycan, Qərbi Azərbaycan, Balkanlar, Kamboca və digər bölgələrdə baş vermiş soyqırımlarla əlaqədar aşağıdakı mövzularda yazılmış araşdırmalarla konfransa müraciət edə bilərsiniz.
Konfransa aşağıdakı mövzularda elmi tədqiqat və araşdırmalar qəbul edilir.
Türkiyəyə və Türk dünyası tarixinə qarşı yalan iddiaları əhatə edən araşdırmalar nəzərə alınacaqdır.
- Soyqırımla bağlı Akademik Tədqiqatlar
- Beynəlxalq insan hüquqları - beynəlxalq cinayət hüququ perspektivi.
- Sosial Psixologiya
- Tarix
- Siyasi Elmlər
- Nifrət dili və propaqanda
- Müəyyən qruplara qarşı şiddət
- Qanun çərçivələrinin yaradılması
- Soyqırımların qarşısının alınması
- Vətəndaş cəmiyyətinin rolu
- Milli Müdafiə
- Qlobal informasiya cəmiyyəti
- Təhsil proqramları
- Təhsil vasitələrinin inkişafı
- Milli və institusional fikirlər
- Kütləvi qətl cinayətlərinin, xüsusən soyqırımların qarşısının alınması üçün vasitələrin hazırlanması.
- Birləşmiş Millətlər Təşkilatı sistemi
- Sənət, Film
- Dil, Ədəbiyyat
- Coğrafiya
Vacib tarixlər
Son tezis göndərmə tarixi: 1 İyun 2021
Son qeydiyyat tarixi: 5 İyun 2021
Proqramın yayımlanması tarixi: 8 İyun 2021
Tam mətn göndərmə tarixi: 5-20 İyun 2021
Konfrans Kitabının yayın tarixi: 15 İyul 2021
MÜRACİƏT / TEZİS GÖNDƏRMƏ
Xahiş edirik tezisinizi 1 İyun 2021-ci il tarixinədək info@genocideconference.org elektron poçt ünvanına göndərəsiniz
Kor hakim üsulu ilə nəzərdən keçiriləcək tezisinizin qəbul və ya rədd məktubu 5 gün ərzində sizə göndəriləcəkdir.
Tezis və Tam mətn yazma Qaydaları:
- Times new roman
- 11 şrift Tezis
- 12 şrift Tam mətn
- Bütün müəlliflərin adı və soyadı, İşlədiyi müəssisə, Elektron poçt ünvanları, ORCID nömrələri və mobil telefon nömrələri (doğrulama kodu üçün tələb olunur. Telefon nömrələri tezis kitabında göstərilməyəcək)
- Ən azı 3 açar söz
- İngilis dilində yazılmalıdır.
- ədəbiyyat siyahısı daxil edilməməlidir.
- Tezis ən azı 200 söz olmalıdır
- Tam mətn ən azı 600 söz olmalıdır
- Ədəbiyyat siyahısı: APA Stili
İŞTİRAK HAQQI VƏ QEYDİYYAT
Tezisiniz qəbul edildikdən sonra 5 İyun 2021-ci il tarixinədək verilmiş hesaba ödəniş edərək ödəniş qəbzini elektron poçtla tezis göndərdiyiniz e mailə göndərməyiniz lazımdır. Konfransın iştirak haqqı ölkələrə və bölgələrə görə dəyişir.
Azərbaycanlı iştirakçılar 50 manat
A qrupu: 150 dollar - Şimali Amerika və Avropa qitə ölkələri
B qrupu: 70 dollar - Orta Şərq ölkələri, Asiya ölkələri, Cənubi Afrika, Namibiya, Yaponiya, Koreya
C qrupu: 20 dollar
Afrika ölkələri, Hindistan, Pakistan, Əfqanıstan, Banqladeş, Bosniya, Kamboca, Vyetnam
Digər ölkələr: 50 dollar
Türkiyə: 50 dollar
SERTİFİKAT
Çap olunmuş sertifikatlar təqdimatdan dərhal sonra canlı konfrans iştirakçılarına verilir.
PDF sertifikatlar təqdimatdan dərhal sonra onlayn iştirakçıya göndərilir
Nəşr prosesi
15 İyul 2021-ci il tarixində 2 ayrı ISBN-lə Tezislər Kitabı və Tam Mətnlər Kitabları konfrans e-kitabları olaraq nəşr olunacaqdır. Kitablara əlavə olaraq, soyqırım tarixlərinə aid bir soyqırım ensiklopediyası hazırlanacaqdır. Fərqləndirilmiş tam mətnlər soyqırım ensiklopediyasının bir hissəsi olaraq seçilərək çap ediləcəkdir.
KONFRANSIN DİLLƏRİ
-Azərbaycan, Türk, Rus, Fransız, Ərəb
Konqresin əsas dili ingilis dilidir. Ancaq təqdimat etmək üçün kifayət qədər ingilis dilini bilmirsinizsə, təqdimatınızı Türkiyə və Azərbaycan türkcələrində edə bilərsiniz.
İştirak və məruzə üçün iki variant təqdim ediləcəkdir:
- Bakı Şəhəri Bakı Avrasiya Universitetində canlı, üz-üzə iştirak
- Onlayn şəkildə iştirak
NƏQLİYYAT VƏ QARŞILAMA
İştirakçıların özlərinə aiddir
Təşkilat komitəsi
Prof.Dr. Gülzar İBRAHİMOVA
Bakı Avrasiya Universiteti. Prorektor.
Əlaqə nömrəsi: (Vatsapp) +994 77 331 98 24